Saat:14:47
Haqqımızda

Vətən müharibəsi iştirakçısı medallarını ala bilmir - PREZİDENTƏ MÜRACİƏT ETDİ

2021-10-20 16:52:00

Vətən müharibəsi iştirakçısı medallarını ala bilmir - PREZİDENTƏ MÜRACİƏT ETDİ

Artıq müharibədən bir il vaxt keçib. Dövlət istər dağıdılmış ərazilərin, torpaqlarımızın bərpası, eləcə də bu torpaq uğrunda özünü fəda edən, sağlamlığını itirmiş əsgərinə, vətəndaşına səmərəli yardım etmək üçün yollar axtarır. Əbəs yerə deyilmir ki, 44 günlük Vətən Müharibəsində canını verən qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğı elə müharibənin özü qədər strateji əhəmiyyətə malik həyata keçirilən dövlət proqramının uğurlu davamıdır. Lakin təəssüflər olsun ki, hələ də məmurlar, aidiyyatı dövlət orqanları öz işlərini layiqincə görə bilmirlər...

Vətən müharibəsi iştirakçısı Yəhyayev İbrahim Mehman oğlu "Hürriyyət"ə müraciət edərək bildirib ki, evli olmasına baxmayaraq könüllü müharibəyə yollanıb və sonun qədər müharibədə iştirak edib.

İbrahim Yəhhyayev "Zəngilan və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunduğunu bildirsə də, təəssüf ki, "Füzuli, Qubadlı və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmədiyini qeyd edilir.  Halbuki, sözügedən ərazilərdə sonuna qədər döyüşlərdə iştirak edib.

Sumqayıt sakini olan Vətən müharibəsi iştirakçımız Yəhyayev İbrahim Mehman oğlu "Hürriyyət"in vasitəsilə Prezident İlham Əliyevə müraciət edib:

"Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı olaraq bacardığım qədər öz ölkəmi, dövlətimi qorumuşam. İşğal altındakı torpaqlarımızı azad etmək uğrunda 44 günlük qızğın müharibədə əvvəldən axıradək iştirak etmişəm. Ailəli olmağıma baxmayaraq könüllü olaraq cəbhəyə yollandım.

Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.

Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.

Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.

Cənab Prezident, Zəngilan, Xocavənd, Qubadlı, Füzuli və Cəbrayıl istiqamətindəki döyüşlərdə iştirak etmişəm. Buna baxmayaraq yalnız "Zəngilan və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Təəssüf ki, "Füzuli, Qubadlı və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilməmişəm. Halubki, sözügedən ərazilərdə sonuna qədər döyüşlərdə iştirak etmişəm.

Sizdən xahiş edirəm ki, mənim müraciətimizi nəzərə alasınız. Mənim, digər medallarla təltif olunmağımla bağlı sərəncam verməyinizi sizdən xahiş edirəm".

Redaksiya olaraq ümid edirik ki, canını Vətəna uğurunda fəda etməyə hazır olan müharibə iştirakçımızın müraciətina baxılacaq və operativ reaksiya veriləcək.

QEYD: Mövzunu davam etdirəcəyik.

 

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR