Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü
2023-03-04 10:09:00

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bilkdirilib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya