Saat:03:44
Haqqımızda

Vergi borcu olan “Bakı Beton Konstruksiyaları” ilə bağlı qərar verildi

2024-11-26 11:28:19

Vergi borcu olan “Bakı Beton Konstruksiyaları” ilə bağlı qərar verildi

Suraxanı Rayon Məhkəməsində “Bakı Beton Konstruksiyaları” MMC-yə yazılan inzibati protokola baxılıb.

Hurriyyet.az xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb və şirkət cərimələnib.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC-nin qanuni təmsilçisi Vüsal Nadir oğlu Fətullayevdir. Şirkətin hazırki dövrədək vergi borcu 19 379 AZN-dir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211812