Saat:23:20
Haqqımızda

Vens: "Zelenski boş-boş danışır"

2025-04-15 15:57:57

Vens:

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqtonun Rusiyanın tərəfinə keçdiyi barəsindəki sözlərinin cəfəngiyyat olduğunu söyləyib.
Vens "UnHerd" portalına müsahibəsində deyib: "Zelenski hökumətinin və hərbi səylərinin tamamilə ABŞ hökuməti sayəsində duruş gətirdiyinə rəğmən, bizim nə cürsə Rusiya tərəfinə keçdiyimizi söyləməsi absurddur. Bu, mənasız bir çıxışdır". 
Vensin sözlərinə görə, münaqişəni nizamlamaq üçün hər iki tərəfin strateji məqsədlərini anlamaq vacibdir.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.126196