Vəliyevin 580 minini "yeyənlərlə" bağlı yeni xəbər

2022-12-19 16:24:00

Vəliyevin 580 minini

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən Cəfər Əliyevin cinayət işi yenidən istintaqa göndərilib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.

Qeyd edək ki, Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134968