Vəkil: "Başda Anar Bağırov olmaqla mənə dəstək olan hər kəsə təşəkkür edirəm"

2022-06-04 20:29:00

Vəkil:

"Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində üzləşdiyim qanunazidd hərəkətlə bağlı Bakı şəhər Baş Polis İdarəsinə dəvət edildim. İdarənin məsul şəxsləri məni qəbul edərək məsələni araşdıracaqlarını bildirdilər".

Hurriyyet.az bildirir ki, bunu e-huquq.az-a açıqlamasında vəkil Bəxtiyar Hacıyev bildirib.

B.Hacıyev baş verən hadisə ilə bağlı ona dəstək olan həmkarlarına təşəkkür edib.

"Bu xoşagəlməz hadisə ilə bağlı ilk dəqiqədən reaksiya bildirən Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırov olmaqla, bütün vəkil həmkarlarıma, dostlarıma və məsələni araşdıran şəxslərə minnətdarlığımı bildirirəm. Hər hansı vəkilə edilən qanunsuzluq ümumilikdə ölkədə vəkillik institutuna qarşı hörmətsizlikdir və buna reaksiya bütünlükdə cəmiyyət üçün vacibdir. Ölkədə ədalət mühakiməsinin həyata keçirilməsi və insanların fundamental müdafiə hüququnun təmin edilməsi vəkillik institutuna hörmət olmadan mümkün deyil", - deyə vəkil qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya