Saat:04:25
Haqqımızda

Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - TƏKLİF

2024-05-13 18:10:58

Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - TƏKLİF

Bildiyimiz kimi, Azərbaycanda vəfat edən ailə başçısının pensiya kapitalı yoldaşına verilir. Avropa ölkələrində şəxsin pensiyasını kimin alacağı pensiya müqaviləsi ilə müəyyən edilir. Lakin bəzi pensiya müqavilələr fərqli olur. Belə ki, sözügedən müqavilədə pensiya kapitalı ləğv oluna bilər. Eyni zamanda pensiya kapitalı yoldaşına verilə bilər yaxud məbləğ vərəsələr arasında bölüşdürülə bilər. Bəs Azərbaycanda vəfat edən şəxsin pensiya kapitalı onun övladlarına verilə bilər?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı sonxeber.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda pensiya kapitalı ilə bağlı tam qanunvericilikdə ciddi boşluqlar var:

Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - TƏKLİF

"Həm də məntiqi yanaşmalarda problemlər mövcuddur. Çünki bizim hamımız çalışdıqca pensiya kapitalını özümüz üçün yığırıq. Bu bizim banklara qoyduğumuz əmanətə bənzər bir yığımımızdır. Bu pensiya kapitalına birbaşa çıxış imkanı olmaması, qanunvericiliklə buna məhdudiyyət qoyulması ciddi problemdir. Bu yaxınlarda Azərbaycan statistika açıqlandı. Bildirilib ki, Azərbaycanda kişilərin 40 faizə yaxını təqaüd yaşına çatmadan vəfat edir. Bu çox ciddi rəqəmdir. Təqaüd yaşına çatmadan vəfat etmiş şəxslərin pensiya kapitalı ilə bağlı qanunvericilikdə boşluqlar çoxdur. Halbuki dünyanın bir çox ölkələrində bu kapitala birbaşa çıxış imkanı var. Eyni zamanda onun vərəsəlik yolu ilə kimə istəsə verə bilər. Hətta şəxsin özü belə o pensiya kapitalından istifadə edə bilər. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra, kapitalın bir hissəsini götürüb özünə iş yaxud biznes qura bilər. Azərbaycanda bununla bağlı ciddi problemlər var. Bu problemlərin həlli qanunvericilikdə boşluqların aradan qaldırılması və yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsindən gedir".

Sosioloq Lalə Mehralı pensiya kapitalının övladlarına verilməsi ilə bağlı saytımıza öz fikirlərini bölüşüb:
Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - TƏKLİF

"Bu təcrübə bütün ölkələrdə var, o kapital vətəndaşın şəxsi vəsaiti hesab edilir, vəfat etdiyi təqdirdə onun mirası kimi ailəsinə ödənməlidir. Nəzərə alsaq ki pensiya yaşına çatmaqla və üzunömürlülüklə bağlı çox ciddi problemlər var, insanların orta ömür ili 50-55 yaş olub, o zaman nə demək istədiyimiz aydın olur. Vətəndaş bütün əmək fəaliyyəti boyu kapital yığır və qəfil öldükdə bu kapital əlindən çıxır. Ən optimal yol ailəsinə ödəməkdir. Ailə başçısı öldükdən sonra onsuz da ailə, uşaqlar çətinlik çəkir, təhsil alan varsa əziyyətlə oxuyur, bu kapitalı o uşaqların təhsilinə yönəltmək ən yaxşı yoldur".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.370143