Saat:04:41
Haqqımızda

Vəd: “ABŞ gələcəyin ordusunu qurmaqda Ukraynaya kömək edəcək”

2023-06-03 12:40:00

Vəd: “ABŞ gələcəyin ordusunu qurmaqda Ukraynaya kömək edəcək”

Hurriyyet.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Finlandiyaya səfəri zamanı Birləşmiş Ştatların Ukraynaya “gələcəyin ordusunu qurmaqda yardım edəcəyini” söyləyib.

Onun sözlərinə görə, Kiyev ilə Kremlin danışıqlarının baş tutması üçün ilk növbədə özünü istənilən təcavüzdən qorumaq gücündə olan güclü Ukrayna mövcud olmalıdır. O deyib ki, Ukrayna Silahlı Qüvvələrinə investisiya diplomatiyaya zərər vermir, əksinə, ona yol açır.

Blinken deyib: “ABŞ Ukraynada gələcəyin Silahlı Qüvvələrini qurmağa kömək edəcək. Bu, – müasir Hərbi Hava Qüvvələri, İnteqrasiya edilmiş HHM, müasir tanklar və zirehli maşinlar, silah-sursat istehsalı üçün milli potensial, həmçinin hərbi hazırlığın və texnikadan istifadə vərdişlərinin möhkəmləndirilməsi üçün təlimlər deməkdir. Rusiya hazırda müharibədən əvvəlki vəziyyəti ilə müqayisədə ən zəif haldadır”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR