Saat:13:20
Haqqımızda

"Vaxtı ilə Onu təhqir edənlər, alçaqcasına söyüş söyənlər mötəbər tədbirdə necə əyləşdirilib!?" - Eldar Sabiroğlu yazır

2022-11-23 19:25:00

Allah Səni qəni-qəni rəhmət eləsin, əziz Heydər Əliyev. Sən doğrudan əvəzedilməz insan, dahi şəxsiyyət imişsən!!! Müqəddəs ruhun qarşısında baş əyirəm. Bir bənzərsiz böyüklüyün də vardı, dostuna-dost, düşməninə-düşmən oldun!!! Səni bilirsənmi ey uludan-ulu HEYDƏR KİŞİ, niyə belə çox sevdim, siyasətinə nədən bu dərəcədə  vurğun oldum?! Sən heç zaman silahdaşını düşməninin ayağına verməzdin. Üzərimdə haqqı-sayın çox-çoxdur ey dahi İnsan! Unuda bilərimmi? Unutmaqmı olar bunları?! Mən Allahıma, bir də Sənə olan inamımı itirsəm qəbir evində belə rahat uyuya bilmərəm. Yadımdan çıxmayıb axı, ağır ürək böhranı keçirdiyim anlarda  mənə göstərdiyiniz kömək  və yardımı!!!  Moskvanın Kremli xəstəxanasından üç tanınmış kardioloq-professor xəstəliyimin dördüncü günü başımın üstünü kəsdi. Və bir gün onlar Bakıda qaldılar...Bir az qəmli-kədərli bu sözləri niyə yazdım!? YAP-ın 30 illik yubileyinə baxırdım. Yeri görünürdü bu dahi və korifey insanın!!! Orada kimlər gözümə dəymədi? Adlarını çəkmirəm, həmin dəqiqələrdə salonda oturmağa layiq olmayan adamları seyr etdikcə mənə belə gəldi ki, Onun əziz ruhu narahatdır. Vaxtı ilə Onu təhqir edənlər, alçaqcasına söyüş söyənlər mötəbər tədbirdə necə əyləşdirilib!? Bəlkə belə daha xoşdur... Həyat həqiqətən çox qəribə və mürəkkəb anlaşılmazlıqla doluymuş... Duyğusuz zamanın  hökmləri sən demə, elə belə olarmış...Bəzən qəfəsdəki quş uça bilmədiyini  bilmir...

 

Eldar SABİROĞLU,

Sabiq millət vəkili, ehtiyatda olan polkovnik

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR