Saat:19:01
Haqqımızda

"Vaşinqtonla qarşıdurmada Moskvanın qələbəsinə şübhə yoxdur" - Xazin Kremlin strategiyasını AÇIQLADI

2022-05-18 19:39:00

İqtisadçı Mixail Xazin ABŞ-la qlobal qarşıdurmanın Rusiya üçün müsbət nəticə verəcəyinə inamının səbəblərini açıqlayıb.

Mixail Xazinin iki dünya lideri arasında toqquşmanın indiki mərhələsində iqtisadi məsələlər deyil, intellektual amillər ön plana çıxır. Və burada ABŞ Rusiyadan ciddi şəkildə geri qalır. Çünki onun ən aktual problemlərin həlli üçün plan konsepsiyası yoxdur. Xüsusilə, Vaşinqton ABŞ dollarına əsaslanan qlobal maliyyə sistemini xilas etmək üçün strategiya hazırlamayıb.

Xazinin sözlərinə görə, Rusiyada vəziyyət tamamilə əksinədir. Bir çox mütəxəssislər çətinlikləri aradan qaldırmaq üçün xüsusi planlar təklif edirlər. Nümunə olaraq iqtisadçı ekspert dövlətin sənayeləşməsi konsepsiyasını təbliğ edən “Qaluşka qrupu”nu (Rusiya İctimai Palatasının katibinin müavini Aleksandr Qaluşka. – Red) göstərib. Müxtəlif baxışları olan yüzlərlə digər ekspertlərin də öz fikirlərini bölüşdüyünü diqqətə çatdırıb.

“Bu ideyalar hələ də liberal elita tərəfindən əngəllənir, lakin blokada tezliklə qırılacaq. Yəni bizim aydın gələcəyimiz var. ABŞ-ın uzun müddətə heç nəyi qalmayıb. Bu, qələbəmizin qarantiyasıdır” – ekspert vurğulayıb.

“ABŞ-da heç kimin çətin vəziyyətdən real çıxış yolu təklif edə bilmədiyini və böhrandan xilas olmaq üçün əvvəlki üsullarının nəticə vermədiyini nəzərə alsaq, Vaşinqtonla qarşıdurmada Moskvanın qələbəsinə şübhə yoxdur. Rusiya üçün indi əsas məsələ ən optimal strategiyanın lehinə seçim etmək və liberal bürokratiyaya son qoymaqdır” – Mixail Xazin belə düşünür. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181451