Vaşinqtondan Tehranla bağlı açıqlama
2024-08-15 17:09:37
Hurriyyet.az CNN kanalına istinadla xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranın İsrailə hücum planından imtina etmədiyini söyləyib.
ABŞ hökumətinin təmsilçisi deyib: "Əldə olan məlumata görə, İran İsrailə hücum təhdidindən imtina etməyib".
Kirbi vəziyyətin silahlı hücumla nəticələnməyəcəyinə ümidvar olduğunu bildirib.
Hürr Tərcüman