“Vaşinqtondan qadağa olmasaydı, Şuşaya gedərdim” – Metyu Brayza

2022-08-31 11:18:00

“Vaşinqtondan qadağa olmasaydı, Şuşaya gedərdim” – Metyu Brayza

ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Şuşada keçirilən sonuncu konfransda iştirak etməməsi böyük rezonans doğurub.

Bir çox ekspertlər bu səfərin həyata keçirilməməsini həmin dövlətlərin bölgədə yaşayan ermənilərə xüsusi imtiyaz tələbləri kimi qiymətləndirsə də, bu məsələyə fərqli kontektsdən baxanlar da çoxluq təşkil edib.

Hurriyyet.az xəbər verir ki, Yenisabah.az-ın suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza isə məsələyə belə aydınlıq gətirib:

“Həmin səfirlərin niyə konfransda iştirak etmədiyi barəsində heç bir fikrim yoxdur.

Lakin mən hələ də ABŞ-ın Azərbaycandakı səfiri olsaydım və əgər rəsmi Vaşinqton tərəfindən mənə qadağan olunmasaydı, bəli, əlbəttə ki, konfransda iştirak edərdim”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074069