Vaşinqtondan açıqlama: İrəvan Bakı ilə birbaşa danışıqlar aparmalıdır

2023-01-04 16:30:00

Vaşinqtondan açıqlama:  İrəvan Bakı ilə birbaşa danışıqlar aparmalıdır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Ermənistanın Azərbaycanla birbaşa danışıqlar aparmağa məcbur olduğunu bəyan edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdəki çıxışında  bildirib: “Biz Azərbaycan-Ermənistan problemlərinin kompleks həllinin necə olduğunu təsvir etməli deyilik. Bu,  münaqişə tərəflərinin görməli olduğu ağır işdir”.

Ned Prays deyib: “Biz Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalmaqda davam edirik".

O, qeyd edib ki, ABŞ Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq üçün Aİ, ATƏT, digər beynəlxalq təşkilatlar və tərəfdaşlarla ikitərəfli əlaqələri davam etdirir. Bu baxımdan ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərini də müsbət addım hesab edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.292026