Saat:12:43
Haqqımızda

"Vaşinqton və Təl-Əviv getdikcə yalnızlaşır" - "Ərəb dünyasından Baydenə xüsusi xəbərdarlıq"

2023-11-10 13:40:42

ABŞ mediası İsrailin-Fələstin müharibəsinin ilk günlərindən Tel-Əvivə açıq dəstəyini ifadə edən Bayden administrasiyasının gələcəkdə üzləşə biləcəyi problemlerdən yazıb.

Hurriyyet.az xəbər verir ki, "The New York Times" ABŞ rəsmilərinə istinadla yazır ki, İsrail və ABŞ-a dünyanın hər yerindən atəşkəs çağırışları günü-gündən artacaq.

"İsrailin hücumu nə qədər uzun sürərsə, İsrail və onun müttəfiqi ABŞ qlobal arenada bir o qədər təcrid vəziyyətinə düşəcək",-nəşr qeyd edib.

"CNN" isə ərəb dünyasında ABŞ-a qarşı artan qəzəblə bağlı Bayden administrasiyasına xüsusi xəbərdarlıq edildiyini iddia edib.

"CNN"-nin amerikalı diplomatlardan aldığı məlumata görə, Bayden administrasiyasına İsrailə güclü dəstəklə bağlı xəbərdarlıq ünvanlanıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasına, CIA və FBI-ya göndərilən rəsmi mesajlarda ABŞ-a qarşı qəzəbin gündən-günə artdığı vurğulanıb.

Baydenin İsraili dəstəkləməsi təkcə ərəb dünyasında deyil, öz partiyasında da reaksiyalara səbəb olub.

"Associated Press" xəbər agentliyinin dərc etdiyi sorğuya görə, ABŞ demokratları Baydenin İsrail-Həmas müharibəsinə yanaşması ilə bağlı iki yerə bölünür. Sorğu göstərir ki, demokratların 50 faizi Baydenin münaqişəni idarə etməsini bəyənir, 46 faizi isə bəyənmir.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000278