Saat:06:29
Haqqımızda

Vaşinqton Tbilisini təhdid etdi -"Kremldən ilhamlanıblar", "Aİ və NATO yolu bağlana bilər"

2024-05-02 12:10:28

Vaşinqton Tbilisini təhdid etdi -

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Metyü Millerin sözlərinə görə, xarici agentlət barəsində qanun layihəsini qəbul eləməyə hazırlaşan və "Qərbdən uzaqlaşma siyasəti yürüdən" Gürcüstan bununla da özünün NATO və Avropa İttifaqındakı perslektivlərini risk altında qoyur.
Millerin açıqlamasında qeyd olunur ki, Gürcüstan hökumətinin bəyanatları və atdığı addımlar Aİ və NATO-ya daxil olmaq üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir, ölkənin Avroatlantika inteqrasiyasına gedən yolunu təhdid altında qoyur.
Miller ABŞ-ın artıq 32 il Gürcüstan iqtisadiyyatına yardım elədiyini xatırladıb, lakin Tbilisinin bu dəstəyin effektliliyini dəstəkləmədiyini, həmçinin, Gürcüstanda etirazçılara qarşı güc tətbiq edilməsinin ABŞ tərəfindən qınandığını söyləyib.
Millerin fikrincə, Gürcüstanda qızğın mübahisələr doğuran qanun layihəsi Moskva tərəfindən "ilhamlanıb".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192939