"Vaşinqton Moskvanın Paşinyanı devirmək planına mane olmaq istəyir" - ELXAN ŞAHİNOĞLU

2022-05-03 15:00:00

"Ancaq bunun üçün Paşinyan ABŞ-a yaxınlıq nümayiş etdirməlidir, bu isə Kremli Paşinyana qarşı daha çox aqressivləşdirəcək"

"İrəvan qarışarkən baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı Vaşinqtona göndərib. Paşinyana da aydındır ki, İrəvandakı radikalların hərəkətə keçməsinin təşkilində Moskvanın əli var. İrəvanda qışqırıb bağıranlar Rusiyanın əlaltılarıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Vaşinqton Moskvanın Paşinyanı devirmək planına mane olmaq istəyir: "Ancaq bunun üçün Paşinyan Amerika Birləşmiş Ştatlarına yaxınlıq nümayiş etdirməlidir. Bu isə Kremli Paşinyana qarşı daha çox aqressivləşdirəcək. Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə və digər amerikalı rəsmilərlə görüşlərdə Azərbaycandan şikayət edib, “əsirlər”dən danışıb. Bu mətbuat üçün yayımlanan məlumatdır".

Bu mövzunun Vaşinqtonu narahat etmədiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, ABŞ rəsmiləri bağlı qapılar arxasında söhbətdə böyük ehtimalla Mirzoyana Rusiya ilə bağlı suallar ünvünlayıblar: "Moskva sizdən nə istəyir?", "Kreml sizi nə ilə hədələyir?" və s. Mirzoyan 4 gün Vaşinqtona olacaq və bu sualları müxtəlif görüşlərdə eşidəcək. Böyük ehtimalla Ararat Mirzoyan okeanın o tayından geri döndükdən sonra yenidən Moskvaya sorğuya çağrılacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya