Vasif Talıbovun yeznəsi saxlanılıb? - AÇIQLAMA

2022-11-23 19:49:00

Vasif Talıbovun yeznəsi saxlanılıb? - AÇIQLAMA

Xəbər yayıldığı kimi, DTX Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Yayılan məlumatda saxlanılanların olduğu bildirilir. 

Hurriyyet.Az xəbər verir ki, məsələ ilə bağlı, Manset.az Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzovdan açıqlama alıb. 

O, saytımıza açıqlamasında komitədə əməliyyat keçirildiyini inkar etməyib.

"Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub olmadığı ilə bağlı məlumatım yoxdur."

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun yeznəsidir. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.218101