Vasif Talıbovun yeznəsi `ac qalmamaq` üçün çayxana işlədir... - "Adamlarda dəyər qalmayıb"

2023-01-03 13:42:00

Vasif Talıbovun yeznəsi `ac qalmamaq` üçün çayxana işlədir... -
 "Vasif Talıbovun hakimiyyətdən qovulması onun müqəddəs yeznəsi Səbuhi Novruzovun işinə yarayıb".
Hurriyyet.az bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist heydər Oğuz çıxış edib.

Jurnalist Səbuhi müəllim Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma stansiyasının arxasında çayçı açıb" deyərək xəbər verməklə yanaşı, əlavə bilgiləri də paylaşıb:

"Qardaşı oğlu Fərid Növruzovu da qoyub çayçıya nəzarət edir".

"Fərid Novruzov həm də yol polisidir. Artıq 3 gündür o, yol polisliyi ilə yanaşı həm də çayçılıq edir" deyən H.Oğuz fikrini reaksiyası ilə bitirib:

"Adamlarda dəyər qalmayıb. Hardan pul gəlirsə tez öz papaqlarını həmin deşiyə soxub başqalarının qazanmaq imkanlarını mənimsəyirlər".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

***

Vasif Talıbovun müqəddəs yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb.
Ovqat.com-a bu barədə Azərbaycan DİN Mətbuat Xidmətindən bildirilib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin bidirdiyinə görə, Naxçıvanın Daxili İşlər orqanlarında artıq Fərid Novruzov adlı şəxs işləmir.
Qeyd edək ki, Naxçıvandan aldığımız məlumata əsasən, Vasif Talıbovun müqəddəs yeznəsi 3 gün əvvəl Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma məntəqəsinin arxasında çayçı açıb və oranı idarə etməyi öz qardaşı oğlu Fərid Novruzova tapşırıb. Fərid Novruzov bu vaxta qədər həm də yol polisi işləyirmiş.
dia.az

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.215148