Vasif Talıbovun “Xan Sarayı” - FOTO

2023-01-07 16:40:00

Vasif Talıbovun “Xan Sarayı” - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun evinin fotosu yayılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı paylaşım edib.

Ötən gün Naxçıvana gedən jurnalist paylaşımında “Vasif Talıbovla müsahibə üçün evinə gəldik. Sonrası… çox aqressiv…”, deyə qeyd edib.

Keçmiş sədrin dəbdəbəli villası sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Xatırladaq ki, Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, dekabrın 21-də vəzifəsindən istefa verib. Daha sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

undefined

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.245438