Vasif Talıbovun QƏLƏMİ QIRILIR... - XAN BAKIYA GƏLƏCƏK...

2022-11-21 10:25:00

Vasif Talıbovun QƏLƏMİ QIRILIR... - XAN BAKIYA GƏLƏCƏK...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Vasif Talıbov özünün siyasi qürubunu yaşamaqdadır. DİA.AZ bildirir ki, bu, artıq bütün parametrləri ilə hissolunandır. Naxçıvanda dövlət qurumlarında start götürən islahatlardan tutmuş, MR-lə bağlı yeni qanunvericilik bazasının formalaşdırılması təşəbbüslərinə qədər bütün baş verənlər belə deməyə əsas yaradır ki, artıq Vasif Talıbovun xanlıq dövrü bitmək üzrədir.

DİA.AZ bildirir ki, sosial şəbəkələrdə də anoloji olayla bağlı müxtəlif informasiyalar yayılmaqdadır. Məsələn məlumatların birində qeyd olunur ki, "Xan" həzrətlərini təcili olaraq Bakıya çağırıblar. Sabah (bu gün -red. dia.az) mühüm görüşü olacaq. Amma kiminlə görüşəcəyi bilinmir".

Şərhlərdən və gələn informasiyalardan belə anlaşılır ki, Vasif Talıbov Bakıya artıq start götürmüş islahatlarla bağlı çağrılıb və onun mümkün müqavimətinin zərərsizləşdirilməsi, ona bu barədə xəbərdarlıq edilməsi də qeyd olunur.

Bir başqa informasiyada isə Naxçıvanda ayrı-ayrı dövlət qurumlarında islahatların daha da geniş xarakter aldığı bildirilir. Hətta bundan narahatçılıq keçirən yerli məmurların olduğu, onların həbs olunmamaları üçün dəridən-qabıqdan çıxdıqları da bildirilir.

DİA.AZ bildirir ki, gələn məlumatlara görə, belələrindən biri də Naxçıvanın səhiyyə naziridir. Bu barədə yayılan xəbərlər ironik xarakterdə ifadə olunub:

"Naxçıvanın Səhiyyə naziri Niyazi Novruzov Naxçıvan-Bakı-Naxçıvan reysinin daimi müştərisinə çevrilib. Hər gün Bakıya gedib gələ-gələ ən qocaman pilotların belə rekordlarını qırmaq üzrədir".

Məlumata görə, yoxlamalarda ən ciddi yeyinti Naxçıvan Səhiyyə Nazirliyində qeydə alınıb. Bu da nazirin narahatçılığının səbəbi kimi göstərilir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.192054