Vasif Talıbovun qardaşı saxlanıldı — FOTO

2022-11-29 21:50:00

Vasif Talıbovun qardaşı saxlanıldı — FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun qardaşı Məhərrəm Talıbov saxlanılması barədə xəbər yayılıb.
Hurriyyet.Az bildirir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Məhərrəm Talıbov Naxçıvandakı anti -korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.
Əməkdaşımızın Məhərrəm Talıbovun mobil telefonuna zənginə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırmış olub.
Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq o zaman, onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki, qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.
Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.
Mövzuya qayıdacağıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134263