Vasif Talıbovun prorektor oğlu getdi, qaldı general...

2022-12-30 13:21:00

Vasif Talıbovun prorektor oğlu getdi, qaldı general...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən könüllü şəkildə istefa verəndən sonra onun yaxın ətrafının başının üzərini "qara bulud"lar almağa başlayıb. Vasif Talıbovun ardınca Naxçıvan Dövlət Universitetində prorektor postu tutan oğlu Seymur Talıbov "könüllü şəkildə" vəzifəsindən əl çəkdi. 

Talıbovların hüznlü günləri bununla da bitmədi. Dünən isə Vasif Talıbovun Naxçıvan MR prokurorunun müavini vəzifəsində çalışan qardaşı Məhərrəm Talıbov öz ərizəsi ilə sərəncama göndərildi. 

Hurriyyet.az xəbər verir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, hakimiyyət strukturlarının Talıbovlardan təmizlənməsi prosesi bundan sonra da davam edəcək. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, növbəti hədəf Vasif Talıbovun Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi vəzifəsində işləyən general oğlu Rza Talıbovdur. General Talıbovun da atası və qardaşı kimi yaxın günlərdə könüllü olaraq vəzifədən getməyə hazırlaşdığı bildirilir. 

Mənbə Rza Talıbovun bu günə kimi vəzifədə qalmasını maraqlı səbəblə izah edib. Onun sözlərinə görə, gənc general atası və qardaşından fərqli olaraq postunu qoruya biləcəyinə ümid edib. 

Məlumatlı şəxsin dediyinə görə, R.Talıbovun ailəsi ilə soyuq münasibətləri var. O özü də bunu heç vaxt inkar etməyib. Hətta Vasif Talıbov istefa verəndən sonra onu arayan jurnalistlərə atası ilə əlaqəsinin olmadığını, onunla danışmadığını etiraf edib. 

Mənbə bildirib ki, Rza Talıbovun ailəsindən üz döndərməsi, istefa verəndən sonra atası ilə bir dəfə belə əlaqə saxlamaması da onun karyerasını xilas etməyəcək. Belə ki, Vasif Talıbovun istefasından sonra Seymur Talıbov kimi Rza Talıbova da könüllü şəkildə vəzifədən getmək təklif olunub. “Güvəndiyi dağlara qar yağdığını” görə oğul Talıbovun bayramdan sonra istefa ərizəsini öz rəisinə təqdim edəcəyi bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.241208