Saat:23:52
Haqqımızda

Vasif Talıbovun oğlunun işdən çıxarılması ilə bağlı AÇIQLAMA

2022-12-30 15:27:00

Vasif Talıbovun oğlunun işdən çıxarılması ilə bağlı AÇIQLAMA

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məsələlərə münasibət bildirib. 

Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, DMX-dən bildirilib ki, R.Talıbov işinin başındadır.

“O, hazırda vəzifəsini icra edir. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılır. 

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.127713