Vasif Talıbovun əsas kadrlarından biri Bakıda yeni vəzifəyə təyin olundu
Naxçıvan Dövlət Televiziyasının keçmiş sədri Sahil Tahirli "Hədəf" Şirkətlər Qrupunda məsul vəzifəyə təyin olunub.
Hurriyyet.az xəbər verir ki, bundan sonra o, fəaliyyətini “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıqovun müşaviri kimi davam etdirəcək.
Sahil Tahirli əməkdaşımıza məlumatı təsdiq edib. O bildirib ki, yeni iş yerində “Hədəf” qrupu baş direktorunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Sahil Tahirli 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. 2013-cü ildə isə S.Tahirli Muxtar Respublika Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin edib. Bu vəzifədə o, 2025-ci ilin iyununa qədər fəaliyyət göstərib.
Naxçıvan TV-nin keçmiş sədri, Vasif Talıbovun komandasında əsas fiqurlardan sayılıb. Sahil Tahirli Vasif Talıbovun Ali Məclis sədrliyi dövründə ona qarşı irəli sürülmüş ittihamlar zamanı müdafiəedici açıqlamaları ilə də tanınırdı.
Yenisabah.az
