Saat:16:37
Haqqımızda

"Vasif Talıbovun dövründə də bu cür hərəkətlər olmamışdı" - ŞƏRUR SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

2024-02-23 14:34:48

Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kənd sakini Hüseynov Məzahir Qurban oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, hazrda naxçıvanlılar Vasif Talıbovun "atasına rəhmət oxuyur", çünki onun dövründə indiki qədər ədalətsizlik olmayıb.
“Mən, Hüseynov Məzahir Qurban oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, fevral ayının 17-si, saat 13:05-də Şərur Rayon Polis İdarəsinin bir qrup əməkdaşı heç bir rəsmi sənəd təqdim etmədən, qanunsuz olaraq mənim obyektimdə (çay evi, mağaza, bərbərxana, yeməkxana, çörək sexində) əməliyyat axtarış tədbiri həyata keçiriblər. Obyektə baxış zamanı müstəntiq məndən soruşdu:
- Çayxanada qaçaq siqaret satırsan?
- Mən cavab verdim ki, xeyr, satmamışam.
Polislər obyekti didik-didik axtardılar, heç nə tapa bilmədilər. Daha sonra müstəntiq mənə bildirdi ki, evinizə də baxacağıq. Mən dedim ki, mənim evimə niyə baxırsınız?..

Nəhayət, bütün polislərlə birgə evə gəldik. Hamısı maşından düşəndən sonra müstəntiq dedi ki, evdə kim varsa, yolla getsin qonşuya. Həmin vaxtı iki oğlum və 94 yaşlı xəstə atam evdəydi. Yoldaşım da həmin gün Türkiyəyə getmişdi. Ayda bir dəfə evə bazarlığı biz İğdırdan edirik deyə, evdə yox idi.

Uşaqları böyük qardaşımgilə yolladım. Polislərin hamısı doldu evimizə, otaqlara baxdılar.
Atamın otağına baxanda onun sürməsindən bir blok və bir paçqa siqaretini götürüb apardılar. Həmin siqareti mən Türkiyədən gətirmişdim. Gömrükdən adama bir blok siqaret keçirməyə icazə verirlər.
Mən dedim ki, bu, qadağan olunmuş siqaretdirsə, onda niyə Gömrük icazə verir?
Polislər gedəndən sonra atamın halı pisləşir, yəni ürəyi sıxılır, qalır yerdə. Həmin vaxtı qardaşımın qızı bizdə olur. Tez atasını çağırır.

Qardaşım evə tez gəlməsəydi, atam bəlkə ölə də bilərdi(Yazı dərc olunduqdan az sonra məlum oldu ki, 94 yaşlı kişi artıq rəhmətə gedib - red.).

Budur, bizim güvənliyimizi qoruyan Şərur polisinin yaşlı atama qarşı elədiyi nifrət dolusu hərəkət.
Mən elə bilirəm ki, Vasif Talıbovun dövründə də bu cür hərəkətlər olmamışdı".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR