Vasif Talıbovdan nümunəvi addım: Müəllimlərin maaşını iki dəfə artırdı

2021-09-15 21:56:00

Vasif Talıbovdan nümunəvi addım: Müəllimlərin maaşını iki dəfə artırdı

Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb.