Vasif Talıbovdan doğum günündə ağlasığmaz addım

2023-01-16 11:07:00

Vasif Talıbovdan doğum günündə ağlasığmaz addım

Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş "xan" əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi. 

Hurriyyet.az Naxçıvandakı mənbələrə istinadla xəbər verir ki, V.Talıbov 63-cü doğum günündə ağlasığmaz addım atıb. O, malikanəsinin qapılarını onu təbrik etməyə gələn insanların üzünə bağlayıb. 

Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun da olduğu bildirilir. 

Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun olaraq, "Müəllim Bakıya gedib" deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər. 

Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib. (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146542