Vasif Talıbov üçün Bakıdan xüsusi həkim göndərildi
2023-01-19 14:47:00
.jpg)
Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.
Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gedib.
Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.
Başqa bir məlumatda isə Talıbovun hər iki övladının - Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya