“Vasif Talıbov haqqında yazılanları oxuyub gülür” - Naxçıvanlı baş redaktor

2023-01-09 14:33:00

“Vasif Talıbov haqqında yazılanları oxuyub gülür” - Naxçıvanlı baş redaktor

“Keçmiş Talıbov rejimi barədə yazılar kütləviləşdikcə, uydurmalar da artır, qeyri-ciddi və gülməli şəkil alır. Vasif Talıbovu az-çox tanıyan adam kimi bilirəm ki, o, bir çox yazıları oxuyub gülür...”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Naxçıvan MR Ali Məclisi sədrinin keçmiş müşaviri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Əslən Naxçıvandan olan Aydın Quliyev Naxçıvan MR Ali Məclisisinin keçmiş sədri Vasif Talıbov haqqında tirajlanan yazılardan misal da gətirib:

“Məsələn, biri yazır və çoxları da tirajlayır ki, bacısının həyat yoldaşı Səbuhi Novruzovun qardaşı (o adamın əslində tamam başqa şəxsin qardaşı olduğuna öz varlığım kimi əminəm və yəqin həmin insan özü bir gün reaksiya verəcək ) Nizami rayonunda “Pensiya fondu”nun müdiridir. Eyni soyadın daşıyıcısı olmaq Səbuhi Novruzovun qardaşı sayılmağa əsas verə bilməz axı... Belə yalanlar mətbu sözün hörmətini aşağı salır...”.

A.Quliyevin sözlərinə görə, Talıbovun klan mənsubları on illər boyu naxçıvanlılara zülm ediblər və buna şübhə edilmir. O, Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovların bəzi qadın müğənnilərə külli miqdarda pul xərclədikləri barədə yayılan informasiyalara da münasibət bildirib:

“Yazanda ki, "kiçik Talıbov" "bir dəri, bir sümük və bir çimdik ətdən ibarət olan” hansısa şou adamına 5-10 milyon bağışlayıb, buna həqiqətən adamın gülməyi gəlir. Əvvəla, həmin şou adamları bir neçə yüz və ya bir neçə min manata özlərini istənilən "rolda satmağa hazırdılar”sa, onlara 5-10 milyonu hansı ağılsız peçkəş edər?! Eşitmişəm ki, belə məlumatları məhz həmin şou adamları öz qiymətlərini qaldırmaq üçün pul töküb məqsədli şəkildə yazdırırlar. İkincisi, misilsiz cinayətlər yolu ilə qazanılan pulları 5-10 milyonluq paketlərlə hansısa şou adamının qabağına kim atar?..”.

Baş redaktor Naxçıvan MR Ali Məclisinin keçmiş sədri haqqında yazanlara məsləhət də verib:

“Yazırsınız, samballı, ciddi xəbərlər yazın. Məsələn, bu mövzulardan yazın:

1. Talıbovların talançı əlaltıları hələ bu gün də iş başındadırlar.

2. Nə qədər insanların restoran, kafe, bazar, dükanı heç bir əvəz ödənmədən əlindən alındı?

3. Talıbovların talançılığına şərik olmaq istəməyən neçə məmur Naxçıvanda vəzifəsindən könüllü getdi?

4. Talıbovların vergiyığanları bütün Azərbaycanı gəzərək, Naxçıvanda qeydiyatda dayanmış neçə iş adamının "nəfəsini kəsdi" və vergi adı ilə yığılan pullar hara getdi?

5. Talıbovlar "Elə eləyin ki, hamı qaçsın və Naxçıvanda ancaq "əldə-ayaqda ölənlər" qalsınlar” siyasətini necə həyata keçirirdilər?

6. Talıbovlar mərhum Heydər Əliyevin böyük etimadla inanıb etibar etdiyi Naxçıvanı hansı düşmən qüvvələrin sifarişi və təlimatı ilə bu günə qoydu və elə bunun özü Heydər Əliyevin ruhuna qarşı iyrənc təxribat deyildimi?”

Aydın Quliyevin sözlərinə görə, Vasif Talıbov əslində öz davranışları ilə mərhum dövlət baçısı Heydər Əliyevə xəyanət edib:

"Heydər Əliyevin irsi təhlükə altına düşsə, Azərbaycanda hakimiyyəti ələ alacam" demək hara, Heydər Əliyevin əmanətinə bu sayaq təxribatlar hara?.. Halbuki, bütün bunları zamanında görənlər və şəraitin imkanları çərçivəsində mövqeyini qoyanlar var idi...”.

Aydın Quliyev Naxçıvanın məşhur Cəhri kəndində anadan olub. 1998-ci ildədək Naxçıvan Dövlət Plan Komitəsində, Naxçıvan Dövlət Universitetində, sonra Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, şöbə müdiri vəzifələrində çalışıb.

1992–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olub,

2003-cü ildən "Bakı-Xəbər" qəzetini yaradaraq ona rəhbərlik edir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167227