“Vasif Talıbov balalarını gözüyaşlı qoyub getdi”

2022-12-22 12:38:00

“Vasif Talıbov balalarını gözüyaşlı qoyub getdi”

Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri Vasif Talıbovun personası ətrafında başlayan müzakirələr səngimək bilmir. 

Ali Məclis sədrinin ötən gün vəzifədən getdiyinə dair istefa ərizəsinin muxtar respublikanın parlamentinə təqdim etməsi bu müzakirələrə yeni çalarlar qatıb.

Hurriyyet.az bildirir ki, dekabrın 21-də Naxçıvan Ali Məclisi növbədənkənar iclas keçirərək sədrin istefasını qəbul edib.  İclasda iştirak edən deputatların hamısı yekdilliklə qərarın lehinə səs veriblər. 

Diqqətçəkən məqam növbədənkənar iclasda iştirak edən Naxçıvan Ali Məclisinin üzvü Seymur Talıbovun davranışı olub.  Yayılan videogörüntülərdən onun atasının istefasına digər deputat həmkarlarından əvvəl əl qaldırdığı aydın görünür. Maraqlısı isə odur ki, ata Talıbovun yola salınması oğul Talıbov üçün təsirsiz ötüşməyib. Videomaterialdan S.Talıbovun səsvermə zamanı kövrəldiyi, hətta gözyaşlarına hakim ola bilmədiyi görünür. 

Bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Minlərlə sosial şəbəkə iştirakçısı  hadisəyə özünəməxsus formada reaksiya verib. Seymur Talıbovun davranışını “Vasif Talıbov balalarını gözüyaşlı qoyub getdi” kimi şərh edənlər də olub.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.233827