Vasif Talıbov ayın sonunda istefa verəcək - Naxçıvan Ali Məclisi toplanır...

2022-12-19 17:42:00

Vasif Talıbov ayın sonunda istefa verəcək - Naxçıvan Ali Məclisi toplanır...

Naxçıvanda gedən proseslə bağlı müxtəlif iddialar səsləndirilir.

Hətta bir müddət əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərzisə yazması ilə bağlı da məlumatlar yayıldı, amma hələlik bu məlumat öz təsdiqini tapmayıb.

Hurriyyet.az xəbər verir ki, cebhe.info-ya daxil olan məlumata görə, Vasif Talıbov bu ayın sonunda istefa verəcək. Məlumatlı mənbə bildirib ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın sonunda keçiriləcək sessiyasında bunu rəsmi şəkildə bəyan edəcək. Xatırladaq ki, Naxçıvan Ali Məclisinin sədri iki halda vəzifəsini itirə bilər. Konstitusiyaya görə, birinci halda sədr Naxçıvan MR Ali Məclisi tərəfindən geri çağırıla bilər.

İkinci halda isə MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Konstitusiyanın 31-ci maddəsinə əsasən, Naxçıvan MR Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası qanunverici orqanın Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Qeyd edək ki, bu günə qədər Naxçıvanda rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyatlarda bir neçə vəzifəli şəxs həbs olunub, onların milyonlarla manat dövlət vəsaitini mənimsəməsi faktı üzrə istintaq prosesi başladılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142877