Vasif Məhərrəmli onun ifasını bəyənmədi: "Bu nə oxuyur, ay Rəqsanə?" - FOTO/VİDEO

2022-07-26 20:29:00

Vasif Məhərrəmli onun ifasını bəyənmədi:

Ötən gün müğənni Rəqsanə İsmayılovanın oğlu Muhammed Əlinin kiçik toy mərasimi baş tutub. Məclisdə iştirak edən sənətçilər arasında Əməkdar artist Vasif Məhərrəmli də olub.

İfaçı sosial şəbəkə hesabında toydan görüntülər paylaşıb.

Videoda Rəqsanənin məclisininə dəvət etdiyi türkiyəli müğənni Linetin mahnı ifa etdiyi anlar əks olunub. Məhərrəmli onun ifasını bəyənmədiyini deyərək bizim sənətçilərin daha gözəl ifa etdiyini vurğulayıb:

"Bu nə oxuyur, bizim gözəl oxuyan müğənnilərimiz var, ay Rəqsanə".

Xatırladaq ki, İsmayılovanın məclisində Linetlə yanaşı özbək müğənni Yulduz Usmanova da iştirak edərək sevilən mahnılarını səsləndirib.

 

 

Sfera.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055088