Saat:02:30
Haqqımızda

Vardanyan yenə Paşinyanı devirməyə çağırdı - Kremlin adamı məqsədini açıqladı

2023-09-09 13:30:48

Vardanyan yenə Paşinyanı devirməyə çağırdı - Kremlin adamı məqsədini açıqladı

Ötən il Rusiya tərəfindən Xankəndinə göndərilən milyarder Ruben Vardanyan bu gün Ermənistan hakimiyyətinin devrilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Hurriyyet.az xəbər verir ki, o, bu sensasiyalı açıqlamanı İrəvanla telekörpü zamanı çıxışında verib.

Vardanyan Paşinyan rejiminin onu Ermənistanda hakimiyyətə gəlmək üçün Qarabağdan platforma kimi istifadə etmə ittihamına cavab verib: “Mən çalışıram ki, Ermənistanda baş verənlərə biganə qalmayaq. Mən görürəm ki, Ermənistanda böhran var. Çünki bu gün Ermənistanı idarə edən insanlar səriştəsizdirlər, nə etdiklərini başa düşmürlər, təcrübələri yoxdur və öyrənmək istəmirlər. Çox yüksək peşəkarların daxil olduğu diasporu cəlb etmirlər”.

Vardanyan Paşinyan iqtidarını verdikləri vədlərin heç birinə əməl etməməkdə ittiham edib: “Konstitusiyanı dəyişmədilər, təhlükəsizliyimizi təmin edə bilmədilər. Beş il kifayət etdi ki, indiki hakimiyyətin imkanları yoxdur və öhdəliklərini yerinə yetirmək iqtidarında deyillər. Bəli, mən bütün sağlam qüvvələrlə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”.

Ekspertlər Kremlin “Vardanyan layihəsi”nin əsas hədəfinin Ermənistanda hakimiyyətə gətirlməsi olduğunu hələ ötən il – onun Xankəndində göndərilməsi zamanı deyirdilər. Məqsəd Xankəndində ona uğur hekayəsi düzəltmək, və bundan İrəvanda siyasi olimpə atılmaq üçün tramplin kimi istifadə etmək idi. Amma Azərbaycanın gördüyü tədbirlər Vardanyanın “uğur hekayəsi”nin başlamadan rüsvayçılıqla bitməsinə səbəb oldu. O, hazırda Xankəndində qondarma separatçı rejimin “beşinci təkəri” rolunu oynamağa məhkumdur./azpolitika.info/

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.173797