"Vardanyan Rusiyanın layihəsidir və Qarabağa konkret tapşırıqlarla gəlib" - Deputatdan AÇIQLAMA

2022-12-27 19:35:00

2022-ci ilin bitməsinə bir neçə gün qalıb. Bu gün hər kəsi maraqlandıran suallardan biri də budur: ilin sonuna qədər Ermənistan sülh müqaviləsini imzalayacaqmı?

Hurriyyet.Az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması real görünmür:

"Moskva və Brüssel görüşlərində Ermənistan tərəfi ilə əksər məsəllər razılaşdırılmışdı. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Makronun kobud müdaxiləsi prosesi pozdu. Fransa ilə yanaşı, İran və Rusiyanın destruktiv fəaliyyətini də qeyd etmək lazımdır. Zəngəzur dəhlizinin açılmasında əsas maneçilik törədən qüvvə molla rejimidir. Qarabağda isə, Rusiyanın layihəsi, adı rus xalqından oğurladığı milyardları ofşor şirkətlərə daşımaqla məşhurlaşan, kriminal Ruben Vardanyanın cinayətkar fəaliyyətinin nəticəsidir".

Deputat vurğulayıb ki, Vardanyan Rusiyanın layihəsidir və Qarabağa konkret tapşırıqlarla gəlib:

"Ona görə də, Rusiyanın maraqlarından çıxış edir. O, rus mətbuatı tərəfindən dəstəklənir və onun bəyanatlarına geniş yer verilir. Burada qeyri-adi bir şey görmürəm. Rusiyanın bir çox KİV-ləri, federal televiziya kanalları ermənilərin əlindədir və yaxud təsir imkanları böyükdür. Müharibə dövründə və ondan sonra şimal qonşumuzun mətbuat orqanları Azərbaycan əleyhinə təbliğatda fərqləniblər. Tarixən, ermənilər böyük dövlətlərin əlində alət rolunu oynayıblar. Görünən odur ki, ermənilər gələcəkdə də türk düşmənçiliklərini davam etdirəcək və ruslara, fransızlara, iran mollalarına xidmət göstərəcəklər".

Aysel Yusifqızı

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123784