"Vardanyan regionda sülhə olan kövrək ümidi pozmaq üçün əlindən gələni edir" - İLYAS HÜSEYNOV

2022-12-29 13:21:00

"Ekoaksiya bizi Qarabağı beynəlxalq sponsorların dəstəyi ilə klan-mafiya rejiminə çevirdiyi "boz yurisdiksiya zonası"ndan çıxmağa başlayacağı günə yaxınlaşdırır"

"Bu gün Şuşa-Xankəndi yolunda davam edən ekoaksiyanın 17-ci günüdür. Artıq 17-ci gündür ki, "Dəmirli" (Kaşen) mis-molibden yatağının yırtıcı istismarı aparılmır, kükürd dioksid, ağır metallar və digər zərərli maddələr havaya, torpağa və suya atılmır, qeyri-qanuni iqtisadi fəaliyyət həyata keçirilmir". Hurriyyet.az xəbər verir ki, bu sözləri politoloq İlyas Hüseynov deyib. 

Politoloq bildirib ki, artıq Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın keçmiş ortağı və sponsoru olan "Vallex" qrupun zənginləşməsi baş vermir: "Bununla yanaşı, "Müharibə partiyası"ı gəlirlərdən məhrum olur. Artıq 17-ci gündür ki, çirkli pulların yuyulması üzrə ekspert Ruben Vardanyan Qarabağa humanitar xarakterli yüklərin tranzitinə mane olur. O, sadə insanların iztirablarına qətiyyən əhəmiyyət vermir, regionda sülhə olan kövrək ümidi pozmaq üçün əlindən gələni edir. Gələcəkdə siyasi sıçrayış və tramplin kimi hazırkı vəziyyəti istifadə edir. Özünü cəsur "döyüşçü" kimi göstərməyə çalışır. Həmçinin, dünya erməniliyini materiallarla təmin etmək missiyasını yerinə yetirir".

İlyas Hüseynovun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ruben Vardanyanın vəhşiliklərinə səssiz qalır və onun fransız sponsorları bölgəyə mifik "beynəlxalq sülhməramlıların" daxil edilməsi tələblərini əsaslandırmaq üçün "blokada" və "humanitar fəlakət" povestini alovlandırırlar: "Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi davam edən aksiyalar və gözləntilərlə bağlı ictimai rəy sorğusu keçirib. "Xankəndi-Laçın yolundakı aksiyaları izləyirsinizmi?" sualına cavab olaraq, sorğuda iştirak edənlərin ümumilikdə 88.1 faizi aksiyaları izlədiyini bildirib. Respondentlərin 54.1 faizi "tez-tez izləyirəm", 34.0 faizi "bəzən izləyirəm" cavabını verib. 11.9 faizi isə "heç izləmirəm" cavabını qeyd edib. Eyni zamanda, "Sizcə, bu aksiyalar Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı?" sualına münasibətdə respondentlərin 78.6 faizi "bəli" cavabını verib. Sorğuda iştirak edənlərin 14.2 faizi "xeyr" cavabını qeyd edib, 7.2 faizi isə bu barədə fikir bildirməkdə çətinlik çəkib".

Politoloq sonda onu da bildirib ki, ekoaksiya bizi Qarabağı beynəlxalq sponsorların dəstəyi ilə klan-mafiya rejiminə çevirdiyi "boz yurisdiksiya zonası"ndan çıxmağa başlayacağı günə yaxınlaşdırır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.183581