Vardanyan Azərbaycana MÜRACİƏT ETDİ: "Bu, təhlükəli və sonu görünməyən yoldur" - FOTO

2022-09-01 19:12:00

Vardanyan Azərbaycana MÜRACİƏT ETDİ:

2021-ci ildə Ermənistan vətəndaşlığını qəbul edən biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gəlib.

Bu barədə erməni mətbuatında Vardanyanın video-müraciəti yayılıb.

Ruben Vardanyanın Qarabağdakı separatçı rejimin “dövlət naziri” təyin olunacağı və Artak Beqlaryanı əvəz edəcəyi bildirilir.

“Bizdə olan məlumatlara görə, tezliklə “Arsax” hökumətində ciddi dəyişikliklər olacaq və Ruben Vardanyan çox güman ki, əsas vəzifələrdən birinə təyin olunacaq.

Ruben Vardanyan, böyük ehtimalla, “dövlət naziri” postuna təyin olunacaq və Artak Beqlaryanı əvəz edəcək”, – deyə erməni KİV-ləri yazıb.

O, müraciətində Qarabağı “bütün ermənilərin kök bazası” adlandırıb.

“Mən Qarabağa köçmək qərarına gəldim. Biz, bütün dünya erməniləri Qarabağ xalqı ilə bir yerdə olmalıyıq. Biz minilliklər boyu əcdadlarımızın yaratdığı hər şeyin unudulmasına icazə verə bilmərik.

Rusiyaya üz tutmaq istəyirəm. Mən minnətdaram ki, Rusiya bu gün Qarabağdadır və onun sülhməramlı qoşunları xalqımızın təhlükəsizliyini qoruyur.

Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və Qarabağ xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edə bilməyənə qədər onların qalma müddətləri artırılmalıdır.

Mən tez-tez aqressiv ritorikadan istifadə edən qonşularımıza müraciət etmək istəyirəm. Demək istəyirəm: yayı sıxmağı dayandırın!

Bu, təhlükəli və sonu görünməyən yoldur, tətbiq olunan qüvvə bir gün bumeranqla yenidən zərbə vura bilər.

Siz başa düşməlisiniz ki, biz ermənilər Qarabağda etnik təmizləməyə imkan verməyəcəyik. Erməniləri yavaş-yavaş buradan sıxışdırmağa qoymayacağıq.

Bu mümkün deyil, çünki bura ermənilərin tarixi vətəni, erməni kimliyinin beşiyidir. Bu, min illər boyu burada yaşayan çoxlu sayda erməninin əcdadlarının dəfn olunduğu yerdir.

Şuşa və Hadrut şəhərinə getməyən və bu ərazinin statusunun müəyyən edilmədiyini açıq şəkildə bildirən Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərinə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Qarabağın gələcək statusunu yalnız Qarabağ sakinlərinin, Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının mütləq şəkildə təmsil edilməli olduğu beynəlxalq ictimaiyyət birgə müəyyən edə bilər.

İki həftə əvvəl mən bütün erməniləri və taleyimizə biganə olmayanları birləşdirmək üçün “Arsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi”nin yaradılmasını təklif etdim.

Biz hər şeyi etməliyik ki, Qarabağ güclü, təhlükəsiz, inkişaf etmiş və xoşbəxt olsun. Onu dünya mərkəzlərindən birinə və ermənilərin mərkəzinə çevirək. Və əminəm ki, biz birlikdə bunun öhdəsindən gələcəyik. Əminəm ki, bunun üçün bizim bütün imkanlarımız, bütün resurslarımız var, çünki biz ermənilər bunu edə bilərik.

Mən bizə inanıram və buna nail olacağımıza inanıram!”, – deyə Vardanyan çərənləyib.

P.S. Vardanyan və onun kimiləri, rusun kölgəsində nə qədər hürsəniz də, xəyallar qursanız da, bunlar yalnız xəyal olaraq qalacaq. Nə etsəniz, ancaq rusların qanadı altında edə bilərsiniz. O da alınmır, çünki sahibinizin yanında ancaq quyruq bulamaq qalır sizə. Ona görə də rus sülhməramlıların qalmasını arzulayırsınız. Bilirsiniz ki, sahibsiz köpəklər kimi ortalıqda qalacaqsınız. Boş sözlərdıən ibarət gülünc “hədə”ləriniz isə Azərbaycan xalqının mərdliyinin, əzminin, iradəsinin qarçısında yalnız üfunət iyi verən hava ola bilər, başqa heç nə..!

 

Xuraman Etibarlı,

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064292