"Vaqner" Rusiya Federasiyasının nizami ordusu kimi müharibədə iştirak edir-Britaniyadan AÇIQLAMA

2022-07-29 14:31:00

Britaniya kəşfiyyatının məlumatına görə, “Vaqner” muzdlu hərbçi şirkəti də nizami Rusiya ordusu kimi Ukrayna ilə müharibədə iştirak edir. Bu barədə kəşfiyyatın iyulun 29-da dərc olunmuş məruzəsində deyilir.
“Vaqner muzdlu şirkəti mart ayından etibarən Ukraynanın şərqində Rusiya hərbçiləri ilə razılaşdırılaraq fəaliyyət göstərir. Görünür, vaqnerçilər Rusiya ordu hissələrinin etdiyi kimi, cəbhə xəttinin müəyyən hissələrinə görə məsuliyyət götürdülər", deyə məruzədə bildirilir.
Qeyd olunur ki, Rusiya 2015-ci ildən bu yana bu yanaşmadan istifadə etmir. O dövrdə Vaqner əsasən Rusiyanın genişmiqyaslı müntəzəm hərbi fəaliyyətindən fərqli işləri görürdü.
Böyük Britaniyanın Müdafiə Nazirliyi vurğulayır ki, inteqrasiyanın bu yeni səviyyəsi Rusiya hakimiyyəti ilə dövləti arasında əlaqələri inkar etmək üçün uzun illər davam edən siyasətini daha da sarsıdıb. Yəni hər iki tərəfdən davam edən əlaqələr artıq inkar edilə bilmir.
"Vaqnerin rolu, ehtimal ki, Rusiya Müdafiə Nazirliyində döyüş piyadalarının yetərli olmaması səbəbindən dəyişdi, lakin çətin ki, Vaqner qüvvələri müharibənin trayektoriyasını əhəmiyyətli dərəcədə dəyişdirmək üçün kifayət edəcək", məruzədə deyilir.
Hətta kəşfiyyatın 18 iyul hesabatında qeyd edilib ki, “Vaqner” Rusiya tərəfindən Luqanskda fəal şəkildə istifadə olunurdu və qrup artıq burada ciddi itkilərə məruz qalmışdı.
Kəşfiyyat məlumatlarına görə, əksilən sıralarını tez zamanda doldurmaq üçün Vaqner işə qəbul standartlarını aşağı salıb və işə qəbul olunanların yetərli təlimini aparmır. Belə ki, muzdlu döyüşçü şirkəti "keçmiş məhbusları", əvvəllər “qara siyahı”ya salınmış hərbi qulluqçuları "işə götürür”. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056622