Saat:08:44
Haqqımızda

“Vaqner”-in ucsuz-bucaqsız qəbiristanlığı – Putin və Priqojinin daha bir “əsəri” (VİDEO)

2023-03-27 12:55:00

“Vaqner”-in ucsuz-bucaqsız qəbiristanlığı – Putin və Priqojinin daha bir “əsəri” (VİDEO)

Rusiyanın Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhərinin ərazisində “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin basdırıldığı böyük qəbiristanlığın videogörüntüləri yayımlanıb.

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrin və mətbuatın böyük marağına səbəb olan görüntülərdə minlərlə qəbir əks olunub.

Xəbərdə deyilir ki, görüntülərdəki ərazi “Vaqner”-in qəbiristanlıqlarından biridir. Yevgeni Priqojinin şirkətinin həlak olan döyüşçülərinin böyük bir hissəsi də başqa qəbiristanlıqlarda dəfn olunub, ya da doğulduqları vilayətlərə göndərilib. Videoda ağlaya-ağlaya danışan qadın bildirir ki, qəbirlərin hamısı təzədir və əsasən 2022-ci ilin sonu və bu ilin əvvəlinə aiddir. Burada dəfn olunanların içərisində çoxlu gənc rusiyalılar var.

Qeyd edək ki, bundan az öncə Qoryaçiy Klyuç şəhərinin meri ilə “Vaqner”-in şefi Priqojin arasında qarşıdurma yaşandığı barədə məlumatlar yayılmışdı. Belə ki, mer “Vaqner”-in döyüşçülərinin şəhər ərazisində basdırılmasına qarşı çıxıb və bildirib ki, bu qəbiristanlıq kurort şəhəri olan Qoryaçiy Klyuç barədə müsbət təəssürat yaratmır. Priqojin isə buna görə şəhər merini hədələmişdi və hətta məsələ Duma rəhbərliyinə qədər gedib çıxmışdı.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR