Vaqner ilə qarşı-qarşıya gələn Fransa: “Malidən çıxamyacağıq”
Hurriyyet.az xəbər verir ki, Fransanın Müdafiə naziri Florans Parli Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə Mali dövləti arasında razılaşma imzalanacağı iddiaları ilə bağlı çıxış edərkən, Fransanın Malini tərk etməyəciyini bildirib.
Parli 1000 nəfər rus muzdlu hərbçisinin Maliyə göndəriləcəyi barədə xəbərlər yayıldıqdan sonra bu ölkəyə səfər edib. Malinin Müdafiə naziri polkovnik Sadio Kamaro ilə görüşdən əvvəl mətbuat işçilərinə açıqlama verən Parli Mali rəhbərliyinin “Vaqner” ilə bağlı mövqeyini dəqiqləşdirmək məqsədi ilə buraya gəldiyini qeyd edib. Fransanın Müdafiə naziri Parli muzdlu hərbçilərlə eyni yerdə olmayacaqlarını vurğulayaraq, Barxan əməliyyatında itki versələr də, Fransanın Mali və digər Sahil ölkələrindəki fəaliyyətini dayandırmayacağını söyləyib. Parli deyib: “Fransa Malidən getmir. Sahildəki təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcək”.