"Vaqner" hərbçiləri Baxmutun şərq hissəsində irəliləyib" - Britaniya kəşfiyyatı

2023-03-11 17:44:00

"Vaqner" özəl hərbi şirkətinin üzvləri Baxmutun şərq hissəsində irəliləyib, lakin Ukrayna qüvvələri müdafiə xəttini qoruyur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bu gün dərc etdiyi hesabatda bildirilib.

Qeyd olunub ki, qoşunların təmas xətti Baxmut şəhərinin mərkəzində Baxmutka çayı boyunca keçir.

Ukrayna Silahlı Qüvvələri şəhərin qərb hissəsini nəzarət altında saxlayır və çayın üzərindəki əsas körpüləri dağıdıb.

Hesabatda deyilir ki, Ukrayna hərbçiləri şəhərin qərbindəki möhkəmləndirilmiş binalardan atəş aça bildiyindən bu ərazi işğalçılar üçün ölüm zonasına çevrilib və bu da çox güman ki, “Vaqner”çilərin Baxmutun qərb hissəsinə doğru irəliləməsini çox çətinləşdirəcək.

Həmçinin, o da qeyd olunub ki, Rusiya ordusunun Ukrayna qüvvələrini şimaldan və cənubdan əhatə etmək cəhdləri səbəbindən Ukrayna ordusunun təchizat yolları hələ də zəif müdafiə olunur. (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.255044