Valideynlərin diqqətinə: Uşaqlar evdən niyə qaçır?

2022-08-01 15:57:00

Valideynlərin diqqətinə: Uşaqlar evdən niyə qaçır?

Son vaxtlar vətəndaşları, əsasən də, yeniyetmə və gənclərin itkin düşməsi ilə bağlı mediada yayılan məlumatlar saysız-hesabsızdır. Bəs, görəsən, onların evdən uzaqlaşmasının səbəbləri nələrdir?

Psixoloq Taryel Faziloğlu “Yeni Sabah” a məsələ ilə əlaqədar həm psixoloji həm də sosial faktorların dayandığını deyib:

“Hazırda cəmiyyətin psixoloji immuniteti çox aşağıdır. Buna yeniyetməlik və böhran dövrüylə yanaşı, insanların bəzi informasiyalarla zəhərlənməsini və psixoloji amilləri də əlavə etsək, məsələ daha da qarışıq bir hal alır. 

Bu problemlər yeniyetmələr arasında əvvəllər də var idi. Çünki həmin anda yeniyetmələrin psixoloji olaraq özlərini böyümüş hiss etdiklərini bildirən dövrdür. Ailə isə onun böyüdüyünü hələ qəbul eləmək istəmir. Bu aradakı qarşıdurma, yəni, yeniyetmənin böyüdüyünü sübutetmə istəyi, ailəsinin isə ona qarşı dirənişi yeniyetmələrdə özünü fərqli təsdiq formaları meydana gətirir. Bu amillər də itkindüşmə hallarını formalaşır.

Digər bir səbəb də odur ki, bu gün yeniyetmələr əsasən informasiya zəhərlənməsinin nəticəsi olaraq qurduqları qeyri-real xəyallar, fantaziyalara onların tez bir zamanda sərbəstləşmə istəyini qərar vermə potensialını ortaya çıxardır. Sərbəst qərarvermə istəyi isə Azərbaycan ailə modelinə baxaraq bu qədər qısa müddətdə bu istəyin reallaşması mümkün görünmür. Burada tək çarə qaçmaq olur.

Evdən getmək onlar üçün qurtuluşdur. Ailədaxili şiddətin son zamanlar artışı təkcə, bu məsələdə yox, intiharlarda da özünü göstərir.  Bəziləri çıxış yolunu intiharlarda görürlərsə, bəziləri də evdən getməkdə görürlər. Eyni motivə bağlanan fərqli reaksiyalardır. Valideyn qorxusu onun evdən getməsini daha da sürətləndirir. Səbəb də o qorxudan bir an öncə qurtulmaq istənilməsidir”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000103