Saat:02:54
Haqqımızda

“Valideynlər qızlarının təhsildən yayınmasına cavabdehlik daşımalıdırlar”

2021-12-04 14:00:00

“Valideynlər qızlarının təhsildən yayınmasına cavabdehlik daşımalıdırlar”

Bir neçə gün öncə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə qızların təhsildən yayınması ilə bağlı qorxunc rəqəmləri açıqlamışdı. O, qeyd etmişdi ki, bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma var. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini davam etdirməməsi erkən nikah və ya təhsildən uzaq tutulması kimi qiymətləndirilib.

Açıqlanan statistikaya əsasən 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94%- ni (63013 nəfər) oğlanlar, 46.06%-ni (53814 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.30%-i (42920 nəfər) oğlan, 45.70%-i (36123 nəfər) qızlar olub. 2020-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2018-ci ildə 9-cu sinfi bitirən şagirdlər olub. Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur.

Qızların təhsildən yayınması, erkən nikaha cəlb edilməsinin nəticəsi olaraq sonradan ailə faciələrinin, dramlarının yaşandığını, intiharlara gətirib çıxardığını tez-tez müşahidə edirik. Bəs nə etməli? Dövlət, cəmiyyət bu problemin həlli istiqamətində hansı işləri görməlidir?

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam –  Yenicag.Az

Günel Səfərova: “Birinci siniflərə getsək, görərik ki, 30 şagirddən yalnız 5 və ya 8-i qız, qalanı oğlandır”

Məsələ ilə bağlı “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova “Yeni Müsavat”a danışıb: “Bu məsələdə bir çox məqam var. İlk öncə təəssüflə qeyd edim ki, getdikcə qızların sayında demoqrafik baxımından azalma baş verir ki, bu da selektiv abortların çox olması ilə bağlıdır. Birinci siniflərə getsək görərik ki, 30 şagirddən yalnız 5 və ya 8-i qız, qalanları oğlandır. Bunun özü gələcəkdə ciddi problemlər yaradacaq. Məktəblərə gəldikdə isə, bəli, bəzi regionlarda 9-cu sinifdən uşaqlar hazırlıq adı ilə çıxarılır və əksəriyyəti də erkən nikaha cəlb edilir.

Mən Təhsil Nazirliyinin İctimai Şurasında təmsil olunuram. Monitorinqlərin keçirilməsi ilə bağlı nazirliyə müraciət edib, bu məsələlərin gündəmə gəlməsinə çalışacağıq, çünki qız uşaqlarının təhsili ilə bağlı ciddi, problemli siqnallar gəlməkdədir. Deməzdim ki, bu ölkəmizdə kütləvi şəkildədir. Lakin bir sıra xüsusi, spesifik regionlar var ki, orada say çoxdur. Əlbəttə ki, təhsilə davamiyyət ilə bağlı Azərbaycanı digər ölkələrlə müqayisə etsək, bizdə statistika daha yaxşıdır. Amma keyfiyyət ilə bağlı məsələ mübahisəli olaraq qalır. Qızların təhsilə davamiyyəti və təhsildə uğur qazanması təəssüflər olsun ki, daha çox keyfiyyətə bağlıdır və əsasən yerli mentalitet düşüncələr buna təsir edir. Doğrudur, son zamanlar qızların təhsildə bacarığını çox görürük, lakin təəssüf ki, bunu az təbliğ edirik".

Novella Cəfəroğlu cəbhəyə getmək istəyir » Reyting.az

Novella Cəfəroğlu: “Təhsili ilk növbədə qız uşaqlarına verməliyik, çünki...”

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə qeyd edib: “Qurumumuz hələ on il əvvəl bu problemi qaldırmışdı. Araşdırmalarımızdan məlum olmuşdu ki, paytaxt Bakıya yaxın olan Şamaxıda nəinki 9-cu sinifdən, 3-cü sinifdən qızlarını məktəbdən çıxardırlar. Bəzilərinin isə adları məktəbdə getsə də, özləri dərsə getmirdi. Zamanında bu problemin qarşısını almaq üçün həqiqətən də QHT-lərin çoxlu əməyi var idi. Lakin neçə ildir ki, QHT-lərə diqqət azalıb və bu məsələ də getdikcə dərinləşib. Biz QHT-çilər olaraq gedib mollalarla görüşürdük, deyirdik ki, qızları erkən nikaha cəlb edib, qanunsuz kəbin kəsdikləri üçün onları məsuliyyətə cəlb edəcəyik. Həmçinin polislə, icra başçıları ilə işləyirdik. Bu gün bütün icra hakimiyyətlərində qadın işçilər cəlb edilərək, bu problemin ətrafında iş aparırlar. Amma reallıqda bu problemlə bağlı heç bir nəticəli iş görülmür.

Düşünürəm ki, problemin həlli üçün icra hakimiyyətlərində, bələdiyyələrdə qadın otaqları olmalıdır ki, qadınlarla, qızlarla iş aparılsın. Hər zaman bildirmişəm ki, təhsili ilk növbədə qız uşaqlarına verməliyik. Çünki oğlan daş da daşıyıb ailəsini saxlaya bilər. Lakin qızın təhsili yoxdursa, gələcəkdə ailəsində problem yarananda tamamilə çıxılmaz vəziyyətdə qalır, övladını dolandırmaq üçün süpürgəçilik edir. Sovet dövründə ən ucqar kəndlərdə belə hər kəs üçün təhsil var idi. Qızlar ən azı 7-ci sinfi bitirib, texnikuma, peşə məktəblərinə girirdi. Tibb bacısı, bərbər olurdu, amma təhsil alırdı. İndi isə kolleclərin sayı azalıb. Kollecə gedənlər də 11-ci sinfi bitirib gedir. Hesab edirəm ki, bu problemin həlli üçün hakimiyyətdə, bələdiyyələrdə qadınların sayı artmalıdır. Həmçinin valideynlər cavabdehlik daşımalıdır ki, qızı niyə təhsildən yayınır".

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR