Vahid Ələkbərovun yerinə “Lukoyl”un yeni prezidenti kim oldu?

2022-05-31 20:53:00

Vahid Ələkbərovun yerinə “Lukoyl”un yeni prezidenti kim oldu?

Hurriyyet.az “RİA Novosti” kanalına istinadla xəbər verir ki, “Lukoyl”un səhmdarlarının mayın 30-da keçirilmiş növbdənkənar iclasında şirkətin yeni prezideni seçilib.

Şirkətdən verilən məlumatda “Lukoyl” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vahid Yusif oğlu Ələkbərovun səlahiyyətlərinin vaxtından əvvəl dayandırıldığı və bu vəzifəyə Vadim Nikolayevi Vorobyovun təyin edildiyi bildirilir.

Vahid Ələkbərov “Lukoyl” şirkətinin təsisçisidir və şirkətin yarandığı 90-cı illərin əvvəllərindən bəri ona başçılıq edir. Cari ilin aprelində, Rusiya-Ukrayna müharibəsi fonunda o, prezident səlahiyyətlərindən və direktorlar şurasının üzvü vəzifəsindən imtina edib. Bu addımı şirkəti Böyük Britaniya ilə Avstraliyanın sanksiyalarından qorumaq məqsədi ilə atdığını bəyan edib.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya