Vahid Ələkbərovun səlahiyyətlərinə xitam verildi

2022-05-31 19:39:00

Vahid Ələkbərovun səlahiyyətlərinə xitam verildi

“Lukoyl” səhmdarları növbədənkənar iclasda Vadim Vorobyovu şirkətin prezidenti vəzifəsinə təsdiq ediblər.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Bildirilir ki, “Lukoyl”un təsisçisi, 30 ilə yaxındır şirkətə rəhbərlik etmiş azərbaycanlı iş adamı Vahid Ələkbərovun səlahiyyətlərinə isə xitam verilib.

“Lukoyl PSC-nin prezidenti Vahid Yusif oğlu Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin. Vadim Nikolaeviç Vorobyov "Lukoyl" PJSC-nin prezidenti təyin edilsin" - səhmdarların qiyabi iclasında qəbul edilmiş qərarda deyilir. 

Qeyd edək ki, Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl” şirkətinin prezidenti olub. O, aprelin 21-də direktorlar şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edərək, artıq şirkətlə "heç bir şəkildə" əlaqəli olmadığını elan edib.

O, qərarını Böyük Britaniya və Avstraliyanın “Lukoyl”un inkişafına mane ola biləcək şəxsi sanksiyaları ilə izah edib. London və Kanberra iş adamının öz ərazilərinə daxil olmasını qadağan edib və bütgün aktivlərini bloklayıb.

Ələkbərovun sözlərinə görə, vəzifəsini tərk etdikdən sonra o, Rusiyada qalacaq və xeyriyyə işlərini davam etdirəcək. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya