Vahid Ələkbərov 3,92 milyard dollar zərərə düşdü

2022-08-02 10:50:00

Vahid Ələkbərov 3,92 milyard dollar zərərə düşdü

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 milyard dollar azalıb.

Belə ki, 2022-ci il avqustun 1-nə olan məlumata görə, sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyard dollara düşən “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən “yoxsullaşmış” milyarderləri siyahısına başçılıq edir.

“Bloomberg” Milyarderlər İndeksinə görə, ilin əvvəlindən “Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirərək, sərvəti 26,7 milyard dollara qədər azalıb. NLMK sədri Vladimir Lisin 5,5 milyard dollar yoxsullaşıb və hazırda sərvəti 22,5 milyard dollar təşkil edir.

Həmçinin, il ərzində “Lukoyl”un eks-prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Onun sərvəti 2022-ci ilin əvvəlinə olan məlumata görə 17,8 milyard dollar qiymətləndirilib.Oxu.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058391