Saat:21:43
Haqqımızda

V. Zelenski: "Hakimiyyətin oliqarxik qanadı"na tezliklə son qoyulacaq"

2021-09-24 11:34:00

V. Zelenski:

"Ukraynada artıq oliqarxların hakimiyyəti olmayacaq, onlar adi biznesmenə çevrilməli olacaqlar" deyə prezident Vladimir Zelenski öz Telegram səhifəsində yazıb.

Ardınca prezident bildirib ki, "Ukraynada hakimiyyətin oliqarxik qanadı olmayacaq. Qanunverici, icraedici və məhkəmə qolları olacaq. Oliqarxlar üçün isə bir yol var-sadə iş adamı olmaq". 
Zelenskinin sözlərinə görə, Ukraynada uzun illər hakimiyyətin belə qanadının-"özlərinin qanunvericilərdən, məmurlardan, hakimlərdən daha önəmli olduğunu hesab edən, siyasi hakimiyyəti satın alan və öz maraqları yönündə istifadə edən" qruplaşmanın mövcudluğu faktı var idi. Həmçinin Zelenski Ali Radanın 2021-ci il 23 sentyabr tarixində oliqarx məfhumuna və iri biznes sahiblərinin məmurlarla bağlantısına məhdudiyyət nəzərdə tutan qanun layihəsini qəbul edən deputatlara minnətdarlığını bildirib. Zelenski hesab edir ki, qanunun qüvvəyə minməsindən sonra Ukrayna hakimiyyət və biznesa arasında sivil münasibətlərin qurulmasına tarixi şans əldə edəcək. O eyni zamanda təsdiq edib ki, qəbul edilmiş qanun bir çox Ukrayna siyasətçilərinə xoş gəlməyib, qanun layihəsini ərsəyə gətirən deputatlar isə şantaj və təzyiqlərə məruz qaldılar. 
Ülviyyə, Hurriyyet.az
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR