Saat:15:30
Haqqımızda

Üzeyir Cəfərov: “2026-cı ildə də bu müharibə davam edəcək”

2025-11-21 14:44:57

Üzeyir Cəfərov: “2026-cı ildə də bu müharibə davam edəcək”

“Rusiya-Ukrayna müharibəsinin gərgin dönəmidir və baş  verənlər də onu deməyə əsas verir ki, hələ 2026-cı ildə də bu müharibə davam edəcək. Çünki Rusiyanın müharibəni dayandırmaq fikri yoxdur və çox təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatları da bu məsələdə sanki Rusiyanın əlinə oynayır”.
Bu sözləri Hurriyyet.az-a polkovnik Üzeyir Cəfərov Rusiya-Ukrayna cəbhəsində son durumu şərh edərkən deyib.
“Amerika hazırladığı sonuncu 28 bənddən ibarət sülhyaratma missiyası adı altında olan sənədlə də bir növ Rusiyaya bəzi imkanlar tanıyır və Rusiya da bundan ruhlanıb. Əlbəttə ki, o bəndlər heç bir halda Rusiya tərəfindən qəbul edilməyəcək. Vəziyyət ağır olaraq qalır”,-deyə polkovnik vurğulayıb. 
Ü.Cəfərov onu da diqqətə çatdırıb ki, Ukraynanın özünün istehsal etdiyi “Flamingo” uzaqmənzilli raketdir: “Artıq dünən həm də ilk dəfə Rusiyanın dərinliklərində olan Voronej ərazisinə “ATACAMS” tipli iri raketlərdən zərbələr endirib. Mən düşünürəm ki, qarşıdakı günlərdə Almaniyadan və digər Avropa ölkələrindən alınan silahlar da müharibədə Rusiyaya daha ağır, daha sarsıdıcı zərbələr vuracaq”. 
“Düzdür, bugünlərdə tərəflər həyatlarını itirmiş hərbi qulluqçuların cəsədlərinin, nəşinin mübadiləsini apardırlar, amma istənilən halda müharibə hələ şiddəti ilə davam edir və belə davam edəcəksə, hələ növbəti ildə də tərəflər arasında dağıntılar, itikilərlə bağlı məlumatları həm görəcəyik, həm də eşidəcəyik”,-deyə polkovnik əlavə edib.
CAVİD