ÜZEYİR BƏYƏ ATILAN ÇAMUR – Və yaxud Farsdandönmə Mirfayazın millətimizə atdığı “erməni atəşi”

2022-08-03 11:45:00

ÜZEYİR BƏYƏ ATILAN ÇAMUR – Və yaxud Farsdandönmə Mirfayazın millətimizə atdığı “erməni atəşi”

Mirfayaz Likməkani adında təzə bir "araşdırmaçı" meydana çıxıb. Mən tanımıram bu nakəsin kimliyini, ancaq bir şey mənə gün işığı qədər aydındır ki, adam Azərbaycanın düşmənidir. İndi deyim niyə!? 

Bu farsdandönmə elə yerə əl uzadıb ki, payını çirkli boşqabına çəkib, dərsini hökmən vermək qərarına gəldim. Azərbaycanın dahi bəstəkarı, dünyaca məşhur olan Üzeyir Hacıbəyovun milli kimliyinə daş atması, onun türk olmadığı barədə sərsəm fikir söyləməsi sözün doğrusu, adamın qanmazlığından daha çox, nə qədər düşmənçilik hissi ilə alışıb-yandığını ortalığa qoyur. Heç azərbaycanlı olduğunu da dilinə gətirmir.

Bəşəriyyətin Azərbaycan türkü kimi tanıdığı və qəbul etdiyi Üzeyir bəyə hansısa gədanın biri ona məxsus sosial mediada məhz indi çamur atmasını mən bütün millətimizə atılan erməni atəşi kimi baxıram.

Üzeyir bəyin ayağının tozuna belə yaramayan Mirfayazı yandırıb külünü çıxardan başqa bir vacib səbəb vardır ki, onu diqqət mərqkəzinə gətirməyi gərəkli hesab etdim. Üzeyir bəyin Azərbaycanın dilbər guşəsi olan Şuşa doğumlusu olduğunu kimsə inkar edə bilməz. Erməni ağlı və şüuru üzərində kök atmış Mirfayaz Likməkaninin böyük Azərbaycan bəstəkarı Üzeyir bəyin milliyətinin şübhə altına almasının səbəbini burada axtarmalıyıq.

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qədim Şuşanın düşmən istilasından əbədi xilası, göründüyü kimi, bu farsdandönmənin halını yamanca pozmuşdur. Yoxsa bu günə qədər Üzeyir bəyin hansı millətə məxsusluğu yadına düşmədiyi halda birdən-birə belə iyrənc və yalan"xatırlatma" Mirfayazın boş başına necə girə bilib!?

Eldar SABİROĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000098