Saat:10:24
Haqqımızda

ÜZ QARAMIZ – Şamil yazır

2023-03-25 17:07:00

ÜZ QARAMIZ – Şamil yazır

Ağlım kəsəndən bu yana müstəqillik qazanmış Azərbaycanımın əldə etdiyi bütün uğurlara sevinmişəm. Fərq etməz hansı sahə, siyasi, mədəni, idman sahəsi olsun, yetər ki, olsun deyib, az-az təsadüf etdiyimiz o anları qaçırtmamağa çalışmışam.

Səbrsizliklə gözlədiyim qələbə sevincimdə futbolun da özünəməxsus yeri var desəm, dəqiqdir ki, yanılmaram. Müstəqil milli yığma komandamızın beynəlxalq arenalara addım atdığı ilk vaxtlardan bu günə düz otuz il ötsə də, arzuladığım uğurun şahidi olmamışam hələ ki. Üçrəngli bayrağımın dünya, Avropa çempionatlarında dalğalanacağı o möhtəşəm günü gözləməyimdən otuz il keçsə də, uğur gəlmir ki, gəlmir.

Televizordan həyacanla seyr etdiyim oyunlara əvvəllər atamla birgə baxardım. Yaranan kiçik bir fürsətdə emosiyalarıma sahib ola bilməməyimə rəğmən, atam daima təmkinlə seyr edib, oyunun axırında bir söz deyərdi: "Nə qədər ki, rüşvət var, futbolumuz inkişaf etməz". Axərıncı dəfə dilinə gətirdiyi bu kəlmənin üstünə on beş dənə ağır il gəlib.

Dünən Azərbaycan-Avstrya oynunu sona qədər izlədim, səbrlə, təmkinlə. Hesab 1:4 rəqibin xeyrinə qurtardı və mən sonda bu gün yanımda olmayan atamın sözünü xatırladım. RÜŞVƏT!

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR