Saat:04:36
Haqqımızda

Uyğur müqavimətinə qarşı müttəfiq axtarışı – Çin “Taliban”ı “Əfqanıstanın əsas siyasi qüvvəsi” adlandırdı

2021-07-28 17:39:00

Uyğur müqavimətinə qarşı müttəfiq axtarışı – Çin “Taliban”ı “Əfqanıstanın əsas siyasi qüvvəsi” adlandırdı

Hurriyyet.org xəbər verir ki, Çin rəsmi dövlət səviyyəsində danışıq apardığı qiyamçı “Taliban” təşkilatını “Əfqanıstanın əsas siyasi qüvvəsi” adlandırıb.

Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İ radikal təşkilat olan “Taliban”ın siyasi bürosunun rəhbəri, hazırda bu ölkədə səfərdə olan Abdulla Qəni Bəradərlə görüşdə Çinin talibləri Əfqanıstanın əsas hərbi və siyasi qüvvəsi hesab elədiyini bildirib. Tərəflərin dialoqu ÇXR XİN rəsmi saytında yerləşdirilib. Nazir deyib: “Əfqanıstan əfqan xalqına məxsusdur və ölkənin taleyi məhz bu xalqın əlində olmalıdır. ABŞ hərbçilərinin Əfqanıstandan gedişi Amerika siyasətinin iflası olsa da, əfqan xalqına müstəqil inkişaf şansı yaradıb. Biz “Taliban”ın Əfqanıstanda sülhü təmin eləmək üçün hər şeyi edəcəyinə ümidvarıq. Əfqanıstanın bütün siyasi qüvvələri birləşərək öz xalqının maraqları üçün ölkəyə həqiqi rəhbərlik eləməyə başlamalıdırlar”.

ÇXR Xarici İşlər naziri “Taliban”ı uyğurların Şərqi Türkistan İslam Hərəkatı və Çinin daxilindəki digər etirazçı qüvvələr ilə əməkdaşlıqdan qaçmağa çağırıb.

Bəradər cavabında bildirib ki, “Taliban” heç bir qüvvəyə Çinə hücum üçün Əfqanıstan ərazilərindən istifadə eləməyə imkan verməyəcək.

Mətbuatın yazdığına görə, Çin vətəndaş müharibəsinin başlanmasına imkan verməmək üçün taliblərlə əməkdaşlığa hazırdır. İyulun əvvəllərində isə ABŞ-da dərc olunan “Financial Times” qəzetinə məlumat verən mənbə bildirmişdi ki, Çin öz iqtisadi layihələrinin müdafiəsi üçün taliblərlə əməkdaşlıq eləməyə hazırdır və Pekin bunun qarşılığında “Taliban”ın uyğur müqavimətinə, o cümlədən Şərqi Türküstan İslam Hərəkatına köməyi dayandırmasını istəyir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR